Muxtar respublikada sahibkarlığın inkişafı prioritetdir

 

 

Bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Günü"nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilir. "Sahibkarlar Günü"nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Böyük uzaqgörənliklə işlənib hazırlanmış və həyata keçirilən iqtisadi inkişaf strategiyasının muxtar respublikamızda da uğurla davam etdirilməsi müasir və güclü infra­strukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişаfı istiqаmətində аrdıcıl, səmərəli və sistеmli tədbirlər görülmüş, sahibkar­lıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır.