Naxçıvanda sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslər təltif edilib

 

Prezident İlham Əliyev aprelin 25-də Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasından olan sahibkarlar da vardır.

Prezidentin Sərəncamı ilə Babayev Abbas Qəzənfər oğlu, İsmayılov Əfqan Sultanəli oğlu və Məmmədov Zaur Samiddin oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.