Zavodla tanış olan tələbələrə mütəxəssislər tərəfindən istehsalın xammaldan başlayaraq hazır məhsul mərhələsinədək bütün proseslər əyani şəkildə göstərilib.
Həmçinin tələbələr müəssisənin mineral sudoldurma sahəsində istehsal prosesi ilə yaxından tanış olublar. Tam mexanikləşdirilən bu zavodda tələbələr ilkin mərhələdə xam məhsul anbarına baxıb, mineral suyun doldurulması, etiket vurma və paketləmə sahələrində iş prosesini əyani olaraq izləyiblər.
İstehsal prosesi və mərhələləri ilə bağlı tələbələrin sualları cavablandırılıb.