Açılış mərasimində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda həyata keçirilən kompleks quruculuq işləri Ordubad rayonunu da ağuşuna alıb. Yeni yolların çəkilişi, məktəblərin tikintisi uğurla davam etdirilir. Ordubad və Tivi Su Elektrik Stansiyalarının tikintisi və digər layihələrin həyata keçirilməsi də rayonun sosial-iqtisadi inkişafına mühüm töhfədir. Müasir infrastrukturla təchiz edilən istirahət məkanının istifadəyə verilməsi isə yurdumuza gələn turistlərin təəssüratlarını daha da zənginləşdirəcək, onların tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz və zəngin mətbəximizlə yaxından tanış edəcək.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, Naxçıvanın turizm potensialından maksimum istifadəyə yönələn tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, proqramda nəzərdə tutulan tapşırıqların icrası diqqətdə saxlanılıb. Ordubad rayonunun Anaqut kəndinin əlverişli təbii-coğrafi şəraiti nəzərə alınaraq burada “Xan Çinar” istirahət mərkəzi yaradılıb. Bu isə əhalinin sosial-iqtisadi inkişafında, məşğulluğunun təmin olunmasında, təbii-iqtisadi imkanlardan geniş istifadə edilməsində əhəmiyyətli rol oynayır.
İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki,tikintisinə 2021-ci ilin fevral ayından başlanılan “Xan Çinar” istirahət mərkəzinin sahəsi 30 min kvadratmetrdir. Mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kotejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran vardır.
Mərkəzin yaradılmasına 750 min manat vəsait sərf olunub ki, onun da 150 min manatı Sahibkarlığın İnkişafı Fondunun, 600 min manatı isə sahibkarın daxili imkanları hesabına sərf olunmuş vəsaitdir.
Qeyd olunub ki,1550 kvadratmetr sahədə tikinti işləri aparılıb, 98 min manat dəyərində Türkiyə və Çin mənşəli avadanlıqlar quraşdırılıb. Tikinti işlərinə 652 min manat vəsait sərf olunub.1230 kvadratmetr ərazidə mərkəz üçün 9 ədəd 2 mərtəbəli kotejlər, qonaqların istirahəti üçün 220 yerlik söhbətgah, hər biri 10 nəfərlik olmaqla 4 ədəd kupe, 40 yerlik restoran, mətbəxt, attraksion, mağaza, iş otağı və digər köməkçi sahələr var. Mərkəzdə 20 yeni iş yeri yaradılıb. Orta aylıq əməkhaqqı 750 manat təşkil edir. İşçilər nahar yeməyi və xüsusi geyim formaları ilə təmin olunublar. Mərkəzdə işıqlandırma sistemi, təhlükəsizlik kameraları və Wi-Fi daxili rabitə quraşdırılıb, ərazi abadlaşdırılıb.
Tapdıq Əliyev “Xan Çinar” istirahət mərkəzinin kənd turizminin inkişafındakı böyük rolunu nəzərə alaraq sakinlərə, eləcə də bura gələn qonaqlara milli mətbəx nümunələrimizin tanıdılması, təbliğ olunması və yüksək xidmətin göstərilməsi, mərkəzdə fəaliyyət göstərən mağazada yerli istehsal məhsullarına, o cümlədən ailə təsərrüfatı məhsullarına üstünlük verilməsi, məhsulların keyfiyyətinə, qiymətinə nəzarət edilməsi istiqamətində tapşırıqlar verib, muхtаr rеspublikаnın sоsiаl-iqtisаdi tərəqqisinə, sаhibkаrlıq fəаliyyətinin inkişаfınа, turizm potensialının və əhаli rifаhının yüksəldilməsinə göstərilən diqqət və qаyğıyа görə Ali Məclisin Sədrinə minnətdаrlıq edib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov turizmin inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Vurğulayıb ki, istirahət mərkəzinin istifadəyə verilməsi Naxçıvanın turizm potensialını artırmaq və muxtar respublikamıza gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
“Xan Çinar”İstirahət Mərkəzinin sahibkarı Elxan Hacıyev göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərliyinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti