Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Adından da göründüyü kimi, bu birlik ailəni təşkil edən fərdlərin ayrı-ayrılıqda əməyinin birgə hədəfə yönləndirildiyi bir təsərrüfat formasıdır. Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik, ailə birliyi əsas şərtlərdəndir. Belə fərdi bizneslərin fəaliyyətinin stimullaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 14 ailə təsərrüfatına 235 min 300 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.