Sənaye sahələrinin inkişafı məqsədilə yeni mexanizmlər tətbiq olunur

 

 

Sənaye iqtisadiyyatın dinamik inkişaf edən və qlobal çağırışlara uyğun olaraq daim yenilənən, yeni yanaşma və mexanizmlərə açıq olan sahəsidir. Rəqabətqabiliyyətli və yüksək texnologiyalara əsaslanan sənaye istehsalının artırılması, elmtutumlu sənaye sahələrinin inkişafı məqsədilə yeni mexanizmlər tətbiq olunur. Bu baxımdan innovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın inkişafı məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılmaqdadır.

Ölkəmizdə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli Qərarı ilə Sənaye məhəllələri haqqında nümunəvi əsasnamə təsdiq olunmuşdur.

Bu istiqamətdə görülən işlərin davamı olaraq Prezident cənab İlham Əliyev 2019-cu il 13 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərman imzalamışdır. Fərmandan irəli gələn məsələlərin icrası ilə əlaqədar 2019-cu ilin dekabr ayında Sənaye Məhəlləsi üçün ayrılmış 48478 m2ərazidə təməlatma mərasimi keçirilmiş və bununla tikinti-quraşdırma işlərinə başlanılmışdır.