“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Qida Sınaq Laboratoriyası mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriya beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
Həmin tədbirlər çərçivəsində bu il fevralın 22-də Polşa Respublikasının “LGC Standards Sp. Z o.o.” şirkəti ilə bağlanmış müqaviləyə əsasən laboratoriya içməli su məhsulu üzrə beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılıb.
İstehsalı Böyük Britaniyada həyata keçirilən içməli su nümunəsində 5 mikrobioloji göstərici üzrə laboratoriya təhlilləri aparılıb.