2022-ci ilin yanvar-aprel ayları ərzində yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə idxaldan asılılığın minimuma endirilməsi, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə 67 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 50 sahənin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədilə kreditlərin verilməsi 2022-ci ilin yanvar-aprel ayı ərzində Fond tərəfindən 5 milyon 662 min manat kredit ayrılmışdır. Həmin kredit vəsaitinin 4 milyon 706 min manatı sənayenin, 755 min 500 manatı kənd təsərrüfatının inkişafına, 200 min manatı isə xidmət sahələrinin yaradılmasına yönəldilmişdir.
Kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 28 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən bəhs olunan dövrdə 455 min 300 manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
İxracın dəstəklənməsi məqsədilə cari ilin yanvar-aprel ayları ərzində 8 beynəlxalq sərgidə sahibkarların iştirakı təmin edilmiş, ümumilikdə 6 хаrici ölkədə kеçirilən 11 beynəlxalq tədbirdə 23 sahibkarlıq subyektinin 43 nümayəndəsi iştirak etmişdir. Sərgilərdə 20 növdə 254 çeşiddə məhsul nümayiş etdirilmişdir.