Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili barədə maarifləndirici tədbir keçirilib

 

İqtisadiyyat Nazirliyində Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili məqsədilə maarifləndirici görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis kapitanı Ayaz İsmayılov piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edildiyini qeyd edərək  bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini vurğulayıb. 

Nizamlanan və nizamlanmayan piyada keçidləri, işiqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı məlumat verilib.  Qeyd olunub ki, inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub.

Ayaz İsmayılov əməkdaşların yol hərəkət qaydaları ilə bağlı suallarını ətraflı cavablandırıb, bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildirib.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti