Sərgidə muxtar respublikada fəaliyyət göstərən “Nəqşicahan İnşaat”, “AzElektrod” Məhdud Məsuliyyətli Cəmiyyətləri, Babək “Sirab” ASC, “Savalan-S” kiçik müəssisəsi, “Müasir Məkan” ət və ət məhsulları müəssisəsi iştirak edir. İştirakçı müəssisələr tərəfindən müxtəlif çeşidlərdə aromatlaşdırılmış içkilər, mineral sular, konservləşdirilmiş ət məhsulları, tikinti materialları sərgilənir.
200-ə yaxın şirkətin iştirak etdiyi sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti