İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılacaq. Bu il meyvə və tərəvəz məhsullarının tədarükü 30 soyuducu anbar tərəfindən həyata keçiriləcək.
Soyuducu anbarlara qəbul olunan məhsulların qiymətlərinə gəldikdə isə 1-ci növ kartof 40, 2-ci növ kartof 25, 1-ci və 2-ci növ qarışıq kartof isə 30 qəpiyə, 1-ci növ soğan 40, 2-ci növ soğan 25, 1-ci və 2-ci növ qarışıq soğan 30 qəpiyə, 1-ci növ alma 90, 2-ci növ alma 55, 1-ci və 2-ci növ qarışıq alma 65, kələm 40 qəpiyə, yağlılıq növü qarğıdalı 50 qəpiyə, yağlılıq növü günəbaxan 1.20 qəpiyəqəbul edilir. Digər məhsullar isə mövsümə və məhsulun tam yetişməsinə uyğun olaraq qəbul ediləcək.