Muxtar respublikada kənd əhalisinin başlıca məşğulluq istiqamətlərindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafına yönələn kompleks tədbirlər cari ilin 6 ayı ərzində davam etdirilib. Görülən işlərin səmərəliliyinin artırılmasında “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır.
Cari ilin 6 ayı ərzində Dövlət proqramının icrası ilə bağlı ailə təsərrüfatçıları ilə təşkil olunan görüşlərdə meyvələrdən lavaşa, meyvə arağı, sirkə, gülab, qızılgül mürəbbəsi istehsalı sahələri olmaqla ümumilikdə 8 layihənin təqdimatı keçirilmişdir. Təqdimatlar zamanı qeyd edilən layihələrin reallaşdırılması ilə bağlı nəzərdə tutulan güzəştlər barədə ətraflı məlumat verilmişdir.2022-ci ilin ötən dövrü ərzində Şahbuz rayonunda 2 təsərrüfat subyektinə meyvə-tərəvəz məhsullarının emalı məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 41 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 2 bağçılıq, 1 limonçuluq təsərrüfatın yaradılması və 1 bağçılıq təsərrüfatın genişləndirilməsi başa çatdırılmışdır. Göstərilən dövlət texniki və maliyyə dəstəyi yeni soyuducu anbarların və istixana təsərrüfatlarının yaradılması ilə nəticələnmişdir. Cari ilin 6 ayı ərzində Dövlət proqramının icrasına uyğun olaraq 1 soyuducu anbarın, 6 istixana təsərüffatının yaradılması başa çatdırılmış, 2 soyuducu anbarın yaradılması davam etdirilmişdir.