Soyuducu anbarlara məhsul qəbuluna başlanılıb

 

Muxtar respublikada əhalinin keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə  təmin olunmasında soyuducu anbarların mühüm rolu var. Çünki bu anbarların gücündən tam istifadə olunmaqla bazarda bolluq yaradılır, ilin bütün fəsillərində davamlı olaraq daxili bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin edilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılıb. İlk gündən soyuducu anbara 5 sahibkar tərəfindən 20 tondan artıq kartof tədarük olunub.