“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən bostan məhsullarının keyfiyyət göstəriciləri mütəmadi olaraq nəzarətdə saxlanılır

 

Qarpız isti havaların ən sevimli məhsullarından sayılır. Ona görə də, bazarda qarpız çıxan kimi çoxumuz bu bostan məhsulundan alıb dadmaq istəyirik. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir.Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpızda nitratların norması 60 mq/kq, qovunda isə 90 mq/kq olmalıdır.

Zəhərlənməmək üçün qarpızın istehlakı zamanı bir sıra məsələlərə diqqət etmək lazımdır. İstehlakçıların nəzərinə çatdırmaq istərdik ki, qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir.