Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib

 

 
 
 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində  2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya  iclasında İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edib.

Bildirib ki,  “Sənaye ili” elan edilmiş  2022-ci ilin birinci yarımili ərzində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 363 milyon 982 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2942 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlə sənaye sahəsi tutub və maddi istehsalın payı 57,9 faiz təşkil edib. Cari ilin ilk yarısında sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 8 milyon 500 min 500 manat kredit verilib ki, bunun da  4 milyon 903 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb.

Muxtar respublikada sənaye məhəllələrinin yaradılmasının əhəmiyyətindən danışan nazir qeyd edib ki, haliyədə 3 istehsal korpusundan ibarət olan sənaye məhəlləsində ayaqqabı, avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması,meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir. Şərur rayonunun əmək ehtiyatları və təbii resursları nəzərə alınaraq iri sahibkarlıq sahələri ilə yanaşı kiçik sahibkarlıq subyektləri və ailə təsərrüfatları tərəfindən yaradılması məqsədəuyğun hesab edilmiş balın qablaşdırılması, şirniyyat istehsalı, trikotaj malları və digər kiçik istehsal sahələri üçün də yerlər müəyyən edilib.

Kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edən nazir diqqətə çatdırıb ki, cari ilin birinci yarımili ərzində süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatları, istixana, soyuducu anbar olmaqla ümumilikdə 68 sahənin yaradılması və genişləndirilməsi başa çatdırılıb, həmçinin 34 kənd təsərrüfatı məhsulları istehsalı sahələrinin yaradılması davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 60 layihəyə 1 milyon 36 min 300 manat güzəştli kredit verilib. Bununla yanaşı kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 50 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində  766 min 300 manat dövlət maliyyə dəstəyi də göstərilib. Muxtar respublikada istehsal olunan məhsulların tanıdılması məqsədilə qabaqcıl ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Ailə təsərrüfatları” kataloqunun  hazırlanması başa çatdırılıb.

Nazir qeyd edib ki, muxtar respublikada sahibkarlığın inkişafını daha da sürətləndirmək və onların fəaliyyətinə mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə cari ilin ilk yarısında xüsusi fəaliyyət növləri üzrə 144 icazə, 691 lisenziya verilib. 

Muxtar respublikanın ixrac potensialının genişləndirilməsi ilə bağlı məsələlərə toxunan nazir vurğulayıb ki, cari ilin 6 ayı ərzində 12 beynəlxalq sərgidə sahibkarların iştirakı təmin edilib, ümumilikdə  8 хаrici ölkədə kеçirilən 19 beynəlxalq tədbirdə 47 sahibkarlıq subyektinin 71 nümayəndəsi iştirak edib. Sərgilərdə 30 növdə 434 çeşiddə məhsul nümayiş etdirilib.

Vurğulanıb ki, altıncı çağırış Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin yeddinci sessiyasında nazirliyin qarşısına bir sıra vəzifələr qoyulub. Belə ki, əsas tələbat malları üzrə yerli istehsalın təşviq edilməsi, yeni sahibkarlıq müəssisələrinin yaradılması dəstəklənməsi, kredit təşkilatları tərəfindən sahibkarlıq müəssisələrinin kreditləşdirilməsinə və həmin kreditlərdən təyinatı üzrə səmərəli istifadəyə nəzarət olunması, sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsini və yeni sənaye müəsissələrinin yaradılmasının davam etdirilməsi, rentabelli sahələrə investisiyaların cəlbi istiqamətində iş aparılması, ailə təsərrüfatları məhsullarının emalı, qablaşdırılması və ixracına dəstək verilməsi, muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda mövqeyinin möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində işlərin davam etdirilməsi, daxili tələbat və ixrac imkanları, o cümlədən ixrac bazarlarında baş verən tendensiyaların düzgün təhlil olunması diqqətdə saxlanmalıdır. 

Tapdıq Əliyev bildirib ki, fəaliyyətimizi altıncı çağırış Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrin  icrası istiqamətində quracağıq. Nazir iqtisadi inkişaf üçün yaradılmış münbit şəraitə və geniş imkanlara görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib. Sonra nazirliyin Sənaye şöbəsinin müdiri Elnur Mahmudovun, Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Novruz Novruzlunun, İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Anar Cəfərovun və “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səbuhi Seyidovun məruzə ətrafında çıxışları dinlənilib.

Nахçıvаn Muхtаr Rеspublikаsı

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti