Muxtar respublikada kənd təsərrüfatının prioritet sahələrindən sayılan heyvandarlığın inkişaf etdirilməsinə diqqət və qayğı ildən-ilə artırılır. Bunun nəticəsidir ki, 2000-ci ildən ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlığın inkişafına 560 layihə üzrə 9 milyon 795 min manatdan çox vəsait sərf olunmuşdur.
2013-cü ilin may ayından etibarən fəaliyyətə başlayan “Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti kənd təsərrüfatı istеhsаlçılаrının fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilmiş tədbirlər sırasındadır.
Cəmiyyətin tərkibində heyvanların kəsimi, ət məhsullarının istehsalı sahələri, hazır məhsulların saxlanması üçün soyuducu kameralar, satış mağazası fəaliyyət göstərir.
Burada istehsalın 80%-i avtomatlaşdırılmış sistemlə fəaliyyət göstərir. İstehsal avadanlıqları standartlara cavab verən ən müasir qurğularla təchiz olunmuşdur. Müəssisədə istehsal olunan ət məhsulları uyğunluq və gigiyenik sertifikatları əsasında satışa çıxarılır.
“Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublika əhalisinin ət və ət məhsullarına olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verməklə yanaşı nümunəvi xidmət göstərməkdədir. Müəssisə ziyafət və digər mərasimlər üçün ət məhsullarının sifarişlərini qəbul edir.
“Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən ailə-fermer təsərrüfatlarında heyvandarlığın inkişaf etdirilməsi üçün az məhsuldar, törədicilik qabiliyyətini itirmiş, qoca və çıxdaş iribuynuzlu heyvanları alaraq kəsimini həyata keçirir.
Heyvandarlıqla məşğul olan ailə-fermer təsərrüfatlarının nəzərinə çatdırılır ki, “Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətindəinək ətinin bir kiloqramı 5,0 manatdan qəbul edilir.
Cəmiyyətin ət satışı mağazasında inək ətinin bir kiloqramı istehlakçılara 7,5-8,0 manatdan təklif olunur.
Ailə-fermer təsərrüfatları az məhsuldar, törədicilik qabiliyyətini itirmiş, qoca və çıxdaş iribuynuzlu heyvanlarını satmaq üçün Babək şəhəri Qoşadizə məhəlləsində fəaliyyət göstərən “Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edə bilərlər.