Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə sentyabrın 1-dən 15-dək məktəbli yarmarkaları keçiriləcək. Yarmarkalar Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda, həmçinin muxtar respublikanın rayon mərkəzlərində təşkil olunacaq.
Hər gün saat 9:00-dan 14:00-dək xidmət göstərəcək yarmarkalarda əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif ediləcək.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti