Babək rayonunun təbii iqlim şəraiti üzümçülüyün inkişafı üçün olduqca əlverişlidir. Buna görə də bu torpaqda keçmişdən müxtəlif sortlarda üzümlər yetişdirilib. Burada tezyetişən, uzun müddət saxlanmağa davamlı, ən yüksək şəkər toplayan, ən çox məhsul verən üzüm sortları becərilib və bu gün də becərilməkdədir. Rayonun Didivar kəndində də sahibkarlar üzümçülüyün artırılmasına öz töhfəsini verir. Bunlardan biri də Hüseynqulu Bədəlovdur.