Naxçıvanda kənd təsərrüfatının geniş yayılmış istiqamətlərindən birini meyvəçilik və tərəvəzçilik təşkil edir. Bu sahəyə kompleks yanaşmanı ehtiva edən tədbirlərin sayı ildən-ilə artır və əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi daim diqqətdə saxlanılır. Muxtar respublikada meyvə-tərəvəz məhsullarının istehsalına göstərilən dövlət maliyyə dəstəyi ərzaq təhlükəsizliyinin təmin olunması baxımından əvəzolunmaz rola malikdir. Həmçinin müxtəlif səmərəli layihələrin hazırlanması və təqdimatının keçirilməsi bu sahədə mühüm təşviqedici xarakter daşıyır.