Kəngərli rayonu sürətlə inkişaf edir

 

 

 

2022-ci ilin ötən dövrü ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Kəngərli rayonunda 4 heyvandarlıq təsərrüfatının yaradılması, 6 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 xidmət sahəsi olmaqla, ümumilikdə 11 sahənin yaradılması başa çatdırılıb.

Həmçinin cari ilin ötən dövrü ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Kəngərli rayonunda yeni duz istehsalı müəssisəsinin, çaxır istehsalı sahəsinin, nəqliyyat vasitələrinə texniki xidmət mərkəzinin, eyni zamanda heyvandarlıq, quşçuluq, soyuducu anbar  təsərrüfatlarının yaradılması və genişləndirilməsi məqsədilə  ümumilikdə 9 sahənin yaradılması davam etdirilib.

 Cari ilin əvvəlindən etibarən Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublikanın bölgələrində özəl bölmə təmsilçilərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi davam etdirilib.  2022-ci ilin ötən dövrü ərzində fond tərəfindən Kəngərli rayonunda 13 layihəninmaliyyələşdirilməsinə245 min manat həcmində güzəştli kredit verilib. Həmin vəsaitdən kənd təsərrüfatı yönümlü 12 layihənin maliyyələşdirilməsinə 206 min 500 manat, sənaye yönümlü 1 layihənin maliyyələşdirilməsinə 38 min 500 manat yönəldilib.

Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər Kəngərli rayonunda da diqqət mərkəzində saxlanılır. Belə ki, bəhs olunan dövrdə  12 ailə təsərrüfatçısına öz ailə təsərrüfatını qurması və ya genişləndirməsi üçün  215 min manat dövlət maliyyə dəstəyi göstərilib.