Görüşü giriş sözü ilə fakultənin dekanı Əşrəf Ələkbərov açaraq Sərəncamın icrasından irəli gələn bu cür görüşlərin tələbələrin gələcəkdə peşə hazırlığına dəstək və onların mütəxəssis kimi formalaşmasına böyük stimul verdiyini vurğulayıb.
İqtisadiyyat Nazirliyin “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin müdiri Orxan Abdinov muxtar respublikada istehsal olunan ixrac potensialına malik məhsullar, onların ixrac bazarları, rəqabətqabiliyyətli məhsulların güzəştli ticarət rejimi çərçivəsində ixrac perspektivləri, bu sahədə qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verib.
Daha sonra Nazirliyin “İqtisadi təhlil və proqnozlaşdırma” şöbəsinin əməkdaşı Aqibət Əliyev muxtar respublikada son illərdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticələri, ümumi daxili məhsulun həcmi və strukturu, həmçinin son illərdə muxtar respublika iqtisadiyyatı üzrə investisiya qoyuluşları və infrastruktur layihələri haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.