Kollektivə sərgi-satışa çıxarılan əl işləri və rəsm əsərləri barədə məlumat verilib. Bildirilib ki, sərgi-satışa şəhər və rayonlarda yaşayan istedadlı qadınlar, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, Heydər Əliyev Uşaq-Gənclər və Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvləri, ali təhsil müəssisələrinin qadın tələbə və müəllimləri, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar, məhkum qadınlar, eləcə də sərmayə kapitalı verilən qadınlar da olmaqla ümumilikdə 442 şəxsin 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb.