Muxtar respublikanın şirkətləri “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olub

 

“Caspian Energy Club”un (CEC) təşkilatçılığı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi dəstəyi  ilə keçirilən milli müsabiqədə ölkənin 2022-ci ildə ən tanınan 50 brendi seçilərək mükafatlandırılıb. Oktyabrın 4-də keçirilən mükafatlandırma mərasimində qalib brendlər sertifikatla təltif olunub.

Qaliblər sırasında muxtar respublikada fəaliyyət göstərən “Badamlı Mineral Sular” MMC, Babək “Sirab” ASC, “Ləzzət Qida Sənaye” MMC və “NaxçıvanBank” ASC  qalib gəlmiş 50 ən tanınan brendi arasında yer alıb.

“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brendinin qalibləri 2023-cü ilin əvvəlində “Brand Award International” yekun müsabiqəsində iştirak etmək imkanı qazanıblar.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti