Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək

 

 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Arıçılıq məhsulları-bal festivalı” oktyabrın 15-i və 16-sı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.

Muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı sahibkarlar festivalda il ərzində topladıqları məhsullarının sərgi-satışını həyata keçirəcəklər. Həmçinin festivalda arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların sərgisi də nəzərdə tutulub. Minbir çiçəkdən toplanan və böyük  zəhmətlə başa gələn, süfrəmizin əvəzolunmaz neməti bal və bal məhsulları maraqlı dekorasiyalarda göz oxşayacaq.