İqtisadiyyat naziri yubilyarla görüşüb

 

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev 65 illik yubileyi münasibəti ilə Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” MMC-nin əməkdaşı Əziz Orucovla görüşüb. Nazir yubiley yaşını qeyd edən Əziz Orucova hədiyyə təqdim edib, ona uzun ömür və işində uğurlar arzulayıb.

Yubilyar səmimi görüş və təbrik üçün nazir Tapdıq Əliyevə təşəkkürünü bildirib.