Son illər muxtar respublikada rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilib, xeyli iş yerləri açılıb. “Sənaye ili” çərçivəsində 2022-ci ildə isə bu istiqamətdə işlər daha geniş vüsət alıb, 16 yeni istehsal müəssisəsi yaradılıb və 104 yeni iş yeri açılıb.