Tədbirə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Ləzzət Qida Sənaye”, “Naxçıvan Şərab”, “Karton-Tara” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Savalan-s” kiçik müəssisəsinin nümayəndələri qatılıb.
Yüksək səviyyədə təşkil edilmiş sərgidə müxtəlif çeşiddə qablaşdırma avadanlıqları ilə tanış olan Naxçıvanlı sahibkarlar əməkdaşlıq edə biləcək şirkətlər ilə ikili görüşlər keçirib və perspektiv əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliynin mətbuat xidməti