Qış mövsümünə hazırlıqla bağlı görülən tədbirlərdən biri də ərzaq ehtiyatının yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasında bu vacib məsələyə ciddi diqqət verilir. Bu işdə soyuducu anbarların xüsusi əhəmiyyəti var. Tələbatdan artıq istehsal olunmuş məhsulların qış ehtiyatı kimi saxlanılması və satışının təşkili məhz həmin anbarlar vasitəsi ilə həyata keçirilir.
Sahibkarlığın İnkişafı Fondundan ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına son illər muxtar respublikada çox sayda müxtəlif tutumlu soyuducu anbar inşa olunmuşdur. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 910 ton olan 49 belə anbar var.