Avropa İttifaqının nümayəndə heyəti "Ailə təsərrüfatı məhsulları" festivalında da iştirak ediblər

 

 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalına start verilib. Festivala  çıxarılan məhsulların çeşid zənginliyi və qiymətlərin münasib olması ailə təsərrüfatçıları və alıcılar tərəfindən razılıqla qarşılanır.  

Muxtar respublikada ailə təsərrüfatçılarının hazırladığı məhsulların satış imkanları xeyli genişlənib. Təsərrüfatçılar məhsullarını təkcə bazarlarda deyil, həm də festivallarda rahat şəkildə sata bilirlər. Hər il “Naxçıvanqala” Tarix və Memarlıq Muzey kompleksində keçirilən ənənəvi “Ailə təsərrüfatı məhsulları" festivalı bu baxımdan mühüm rol oynayır. Bu gündən start verilən və 3 gün davam edəcək növbəti festivalda muxtar respublikanın bərəkətli torpaqlarında təsərrüfat sahibləri tərəfindən hasilə gətirilən müxtəlif çeşidli və keyfiyyətli məhsullar alıcılara təklif olunur.

Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndələri və Avropa ölkələrinin səfirləri Naxçıvana işgüzar səfərləri çərçivəsində "Ailə təsərrüfatı məhsulları" festivalında da iştirak ediblər.