Naxçıvan Muxtar Respublikasında da qida təhlükəsizliyinin təmin edilməsi dayanıqlı inkişaf amili kimi daim diqqətdə saxlanılır. Təcrübə göstərir ki, qida təhlükəsizliyini təmin edən etibarlı sistem yaradıldıqda bu, ümumi iqtisadi artıma, kənd təsərrüfatı və sənayenin inkişafına, ixrac potensialının artırılmasına və turizmin genişlənməsinə mühüm təsir edən faktora çevrilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası ən müasir avadanlıqlarla yüksəkkeyfiyyətli xidmət göstərir. Həmin laboratoriyada ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq müayinələri aparılır.