Tələbələrlə görüş olub

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarının Naxçıvan Universitetində nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüşü keçirilib.

Görüşün əsas mövzusu idxal olunan və muxtar respublikada istehsal olunan məhsulların keyfiyyətinin yoxlanılması, ixrac olunan məhsullara mənşə sertifikatlarının verilməsi, daxili bazarın qorunması, razılaşdırılmış və süni qiymət artımının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər haqqında olub.

Mövzular üzrə İqtisadiyyat Nazirliyinin “Daxili bazarda istehlak malları üzrə qiymətlərə nəzarət, monitorinq və təhlil” şöbəsinin müdiri Nicat Həşimov və nazirliyin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Şahin Səfərov tələbələrə ətraflı məlumat verib.

Sonda mövzular üzrə tələbələrin sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti