Tələbələr sənaye müəssisəsi ilə tanış olublar

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Universitetinin İdarəetmə fakultəsinin “Maliyyə” ixtisasının IV kursunda təhsil alan tələbələr “Ləzzət biskvit və şokolad fabriki” MMC-də istehsal prosesi ilə tanış olublar.

Tanışlıq zamanı tələbələr  müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti, məhsulların istehsal mərhələləri haqqında mütəxəssislərdən ətraflı məlumat alıb, istehsalın gigiyenik qaydalara əməl olunmaqla aparılmasına şahidlik ediblər.

İstehsal prosesi və mərhələləri ilə bağlı tələbələrin sualları da cavablandırılıb.