Universitet tələbələri ilə görüş keçirilib

 

Naxçıvan Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş tələbələri ilə növbəti görüş keçirilib. 

Görüşdə İqtisadiyyat Nazirliyinin “Sahibkarlığın inkişafı”şöbəsinin müdiri Xudakərim Məmmədov və “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin müdiri Orxan Abdinov çıxış ediblər. Tədbir iştirakçılarına ailə təsərrüfatlarının stimullaşdırılması və yaradılmış çoxşaxəli ailə təsərrüfatlarının iqtisadi əhəmiyyəti, həmçinin ailə təsərrüfatı məhsullarının tanıdılması istiqamətində aparılan işlər və xarici bazarlara çıxarılması prespektivləri haqqında tələbələrə ətraflı məlıumat veriblər.

Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.