NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.
Fuad Nəcəfli sakinlərlə səmimi söhbət edib, xatirə fotoları çəkdirib, onların bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.
Naxçıvan şəhərində bayram şənliyi və ictimai-iaşə xidməti gün ərzində davam edib.