Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev Babək rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.
Nazirliyin səlahiyyətləri daxilində qanunvericiliyə uyğun araşdırılma aparılması və tezliklə müraciətlərin icrasinin təmin edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Görüşdə ümumilikdə 24 rayon sakininin müraciətinə baxılıb.