Fuad Nəcəfli Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb

 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

Səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.

Görüşdə ölkələrimiz arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ikitərəfli münasibətlərdəki yeri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.