Naxçıvanda 5 layihə üzrə sahibkarlara 66 min manat kredit ayrılıb

 

 

Muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sahibkarlığın İnkişaf Fondu tərəfindən göstərilən dövlət maliyyə dəstəyi hesabına sənaye və kənd təsərrüfatı üzrə daha 5 layihə maliyyələşdirilib. Sahibkarlara 66 min manat kredit ayrılıb.

Prezident İlham Əliyevin diqqət və tapşırığı ilə muxtar respublikada idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması iqtisadi resurslardan səmərəli istifadə edilməsinə və özəl bölmənin inkişafına yeni stimul verib. Sahibkarlığın genişləndirilməsi ilə bağlı qətiyyətli addımlar atılır, bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə səmərəli tədbirlər həyata keçirilir.

Yaradılan səmərəli rəqabət mühitindən yararlanan sahibkarlar  tərəfindən  2023-cü ildə yeni sənaye, kənd təsərrüfatı və digər xidmət sahələri yaradılıb. Həmçinin əvvəlki illərdə qeyri-qanuni şəkildə fəaliyyəti dayandırılan və işinə suni maneələr törədilən sahibkarlıq subyektləri də yenidən fəaliyyətə başlayırlar.

Hazırda sahibkarların təklifləri əsasında yeni layihələrin iqtisadi səmərəliliyi araşdırılır, yeni biznes layihələrinin hazırlanması və maliyyə vəsaitinin ayrılması istiqamətində işlər davam etdirilir.