Görüşdə İqtisadiyyat Nazirliyinin əməkdaşı Aqibət Əliyev çıxışında hami təşkilat və universitet arasında mütəmadi görüşlərin gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz töhfəsini verəcəyini qeyd edib.
Sonra İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun əməkdaşı Həvva Salayeva Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti və iqtisadiyyatın prioritet sahələrinə göstərilən dövlət maliyyə dəstəyinin əhəmiyyəti barəsində çıxış edərək tələbələrə sahibkarlıq sahəsində əvəzsiz rola malik olan güzəştli kreditləşmə haqqında ətraflı məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.