Fevralın 24-də Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumu keçiriləcək.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov da iştirak edəcəklər.
Tədbir çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, eləcə də sahibkarların ikitərəfli görüşləri keçiriləcək.
Forum Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyi, Özbəkistan Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə təşkil olunacaq.