Naxçıvanda sahibkarlığın inkişafı istiqamətində sistemli addımlar atılır

 

 

 

 

Naxçıvanda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyi daha da artırılacaq ki, bu da investorların cəlbinə münbit şərait yaradacaq. 

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun inkanlarından istifadə edilir. Fondun əsas fəaliyyət istiqaməti muxtar respublikada sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin ödənilməsini təmin etmək, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.