Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi muxtar respublika dövlət satınalmalarının şəffaflaşdırılması, satınalmaların sahibkarlıq subyektləri üçün əlçatanlığının daha da artırılması, sağlam rəqabət mühitinin yaradılması üzrə tədbirlərini davam etdirir, bu istiqamətlərdə aidiyyəti qurumlarla əməkdaşlığını genişləndirir.
İqtisadiyyat Nazirliyi bütün sahibkarları həyata keçirilən dövlət satınalmalarında fəal iştiraka dəvət edir.
Əlavə məlumat üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 545-75-77 nömrəli qaynar xəttinə müraciət etmək olar.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyi