Yubiley tədbiri keçirilib

 

Naxçıvan Muxtar Respublika İqtisadiyyat Nazirliyinin “Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş” şöbəsinin əməkdaşı Əhəd Məmmədovun  65 yaşı tamam olub.

İqtisadiyyat naziri Tapdıq Əliyev Əhəd müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıb.

Əhəd Məmmədov ona göstərilən diqqət və hörmətə görə nazir Tapdıq Əliyevə  minnətdarlığını bildirib.