Bu gündən Naxçıvan şəhərindəki Xətai küçəsində yerləşən Mərkəzi Bazarda Novruz yarmarkası fəaliyyətə başlayıb. Novruz yarmarkasına muxtar respublikamızın ayrı-ayrı bölgələrindən fermerlərin, ailə təsərrüfatçılarının çıxardıqları məhsullar həm çeşid müxtəlifliyi, həm də keyfiyyəti ilə seçilir.
Müxtəlif meyvə-tərəvəz, quru meyvələr, təbii meyvə şirələri, heyvandarlıq məhsulları, göy-göyərti, eləcə də şirniyyatlar, paxlava, şəkərbura alıcılara daha münasib qiymətlərlə təklif edilir.