"Naxçıvanda geniş sənaye parkı salınacaq, yüzlərlə yeni iş yerləri açılacaq".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev “Çınqıllı bulaq” MMC-nin açılış tədbirində Naxçıvan televiziyasına müsahibəsi zamanı bildirib.
Nazir qeyd edib ki, son bir neçə ayda Naxçıvana investorların marağı 95% artıb. Hazırda Naxçıvanın yeni sosial-iqtisadi inkişaf proqramı hazırlanır. Tapdıq Əliyev həmçinin Naxçıvanda yaxın gələcəkdə iqtisadi sahədə görüləcək işlər və sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə həyata keçiriləcək layihələr barədə də danışıb.