Qonaqlar ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Hazırda Naxçıvan Biznes Mərkəzində "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" mövzusunda konfrans keçirilir. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edib.
Daha sonra konfrans panel müzakirələrlə davam edəcək.