Bəhruz Nağıyev: "Naxçıvanda bütün sahələrin inkişafı üçün həm potensial, həm də infrastruktur var"

 

Xəbər verdiyimiz ki, Naxçıvan Biznes Mərkəzində "PAŞA Bank"ın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Naxçıvan İqtisadiyyat Nazirliyi, eləcə də naxçıvanlı sahibkarların iştirakı ilə "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı keçirilir. 

NUHÇIXAN xəbər verir ki, Bəhruz Nağıyev konfransda çıxış edərək muxtar respublikanın hər bir sahə üzrə mövcud potensialı barədə danışıb. Qeyd edib ki, Naxçıvanda dağ-mədən sənayesi, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrin inkişafı üçün böyük potensial, eyni zamanda müasir infrastruktur var: "Məqsəd bu sahələrdə ekspertizalar aparmaqla, ehtiyac meyarlarını təyin etmək, maliyyə dəstəyi göstərməklə iqtisadi inkişafa təkan verməkdir".

Konfrans panel müzakirələrlə davam edir.