İqtisadiyyat naziri Tapdıq Əliyev tələbələrlə görüşüb

 

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev istehsalat təcrübəsini başa vuran tələbələrlə görüş keçirib. 

Görüşdə Tapdıq Əliyev tələbələri təbrik edərək təhsillərində uğurlar arzulayıb və onların dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələr bu təcrübədən layiqincə yararlanacaq, ölkəmizin, o cümlədən muxtar respublikamızın dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Görüşdə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Əşrəf Ələkbərov istehsalat təcrübəsinin tələbələrə universitetdə qazandıqları bilikləri praktik olaraq tətbiq etmək imkanı yaratdığını vurğulayaraq bu imkandan səmərəli istifadə etməyi tövsiyə edib.

Nazirlikdə istehsalat təcrübəsi keçən tələbələr göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.