Sahibkarlar Omanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunur

 

Cari ilin 25-28 oktyabr tarixlərində Omanın Muskat şəhərində 1-ci Beynəlxalq Xurma və Bal Sərgisi keçiriləcək. Naxçıvan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

 Omanın Milli İnkişaf və İnvestisiya Şirkəti tərəfindən keçiriləcək ilk Beynəlxalq Xurma və Bal Sərgisində yerli və xarici bal istehsalçıları, o cümlədən yerli fermerlər və KOB-ların məhsulları nümayiş olunacaq.

Builki sərgidə iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Tel: (055-883-40-87)

Əlaqələndirici şəxs: Rza İbrahimli