Dövlət Proqramı Naxçıvanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərir

 

  

 

Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində ilkin olaraq muxtar respublikada istehsal edilən ixrac potensiallı məhsullar müəyyənləşdiriləcək, məhsulların vahid reyestr və rəqəmsal kataloqu hazırlanacaqdır. Eyni zamanda ölkə daxilində və xaricdə keçirilən beynəlxalq  sərgilərdə, müxtəlif ölkələrdə olan Ticarət evlərində Naxçıvanda istehsal edilən məhsulların nümayişi təşkil olunacaq, həmçinin xarici tərəfdaşların tapılması istiqamətində işlər aparılacaqdır. İxracyönlü potensial sənaye sahələri üzrə layihələrin hazırlanması və layihələrə investisiyaların cəlb edilməsi bəndinə uyğun olaraq Nazirlikdə  müvafiq əmr əsasında Komissiya yaradılıb. Komissiya tərəfindən ilkin olaraq sənaye sahələri müəyyənləşdirilmiş layihələrin hazırlanması istiqamətində işlər aparılır.