Tələbələr enerji və sərinləşdirici içkilər zavodunda olub

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin tələbələri “Cahan Holding”ə məxsus ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunun istehsal prosesi ilə tanış olublar.

Tanışlıq zamanı mütəxəsislər tərəfindən zavodun fəaliyyət istiqamətləri və istehsal prosesi barədə məlumat verilib. İstehsal müəssisəsinin Keyfiyyət və Prosesə Nəzarət şöbəsinin sınaq laboratoriyasında  olan tələbələr istehsalın gigiyenik qaydalara əməl olunmaqla aparılmasına şahidlik ediblər.

İstehsal prosesi və mərhələləri ilə bağlı tələbələrin sualları da cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti